Tramp Qətərdən İranla nüvə danışıqlarında dəstək istəyib


ABŞ prezidenti Donald Tramp İranla nüvə müzakirələrində Qətərdən dəstək istəyib.



Yaxın Şərq turnesi çərçivəsində Qətərə gedən Tramp Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin verdiyi şam yeməyinə qatılıb.

Tramp İranın nüvə proqramlarının sülh yolu ilə həlli istəyini təkrarlayıb və deyib ki, bu məsələ ilə bağlı qərar indi Tehranın üzərinə düşür.

Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin İranla davam edən nüvə danışıqlarında razılığa gəlməyə kömək edə biləcəyinə ümid etdiyini ifadə edərək, "Bu, təhlükəli bir vəziyyətdir. Biz doğru şeyi etmək istəyirik. Biz bəlkə də milyonlarla insanın həyatını xilas edəcək bir şey etmək istəyirik. Bu işlər belə başlayır və sonra nəzarətdən çıxır" deyib.

Tramp Qətərin nüvə müzakirələri zamanı ABŞ ilə yaxından işlədiyini və danışıqların sülh yolu ilə bitməsini görmək istədiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu