Trampdan Kimə: Sənə beysbol oynamağın yollarını göstərəcəyəm


ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp şənbə günü Miçiqan ştatında keçirilən mitinqdə Şimali Koreya lideri Kim Çen haqqında danışıb. Tramp Kim Çen ilə dostluğunu tərifləyib və onu beysbol oyununa aparmaq istədiyini bildirib.



Tramp Şimali Koreya lideri haqqında bunları deyib:

"Uzlaşmaq yaxşıdır, pis deyil. Ona "niyə başqa bir şey etmirsən?" deyərdim. Yeganə etmək istədiyi nüvə silahı almaq və yaratmaqdır. Mən ona "dincəl, sakit ol" dedim. Onun kifayət qədər nüvə silahı var. Dedim ki, "rahat ol, beysbol oyununa gedək, sənə beysbol oynamağın yollarını göstərəcəyəm. Yankilərə baxmağa gedərik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu