Tramp fırtına səbəbindən Şimali Karolina mitinqini ləğv etdi


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp fırtınalı hava şəraitini əsas gətirərək, Şimali Karolinada şənbə günü keçirməli olduğu mitinqini son anda ləğv edib.



Bu barədə NBC News xəbər verib.

Tramp mitinqdə toplaşmış tərəfdarlarına telefon zəngi vasitəsilə bildirib ki, ildırım və yağış açıq havada keçirilən mitinqi yarımçıq qoymağa məcbur edəcəyi üçün tədbiri ləğv edir.

Tədbir Wilmington hava limanının yaxınlığında açıq havada keçirilməli idi. Tədbir ləğv edilərkən güclü yağış hələ başlamasa da, ildırım çaxmaları getdikcə nəzərə çarpıb və təhlükəsizlik narahatlığını artırırıb.

Mitinq həm Tramp, həm də ABŞ-ın hazırkı prezidenti Co Baydenin qələbəyə aparan yolu üçün mühüm əhəmiyyət kəsb edən əsas ştat olan Şimali Karolinada Trampın ikinci kampaniya tədbiri olmalı idi.

Qeyd edək ki, bu, Trampın Manhettendə məhkəməsi başlayandan bəriilk mitinqi olmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu