Tramp 10-dan çox ştatda Respublikaçıların praymerizinə liderlik edir


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kolorado, Texas, Alabama və bir sıra digər ştatlarda Respublikaçılar Partiyasının praymerizinə liderlik edir.



İlkin nəticələr və proqnozlar martın 5-də CNN və Associated Press tərəfindən dərc edilib.

İlk səslərin hesablanmasının nəticələrinə əsasən, Tramp Koloradoda 62,8%, Alabamada 83,7%, Massaçusetsdə 63,4%, Texasda 77,0%, Arkanzasda 73,2%, Mendə 71,7%, Şimali Karolinada 74,8%, Oklahomada 81,8%, Minnesotada 68,9%, Tennessidə 77,6% və Virciniyada 63,3% səslə seçkilərdə qalib gəlib.

Dərc edilən məlumatda bütün bu ştatlarda Respublikaçıların liderinin qələbəsi proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu