Tramp: İranla müharibədə bizim qalib gələcəyimizi düşünürəm



ABŞ Prezidenti Donald Tramp İranla mümkün müharibənin çox yaxın zamanda sona çatacağına və bu qarşıdurmada tərəf-müqabillərinin deyil, məhz özlərinin qalib gələcəyinə inandığını bəyan edib.

AFN.az xəbər verir ki, Tramp həmçinin İranın nüvə silahına sahib olacağı təqdirdə ABŞ-ı havaya uçuracağını, İsraili isə dəqiqələr ərzində yer üzündən siləcəyini iddia edib.

Fox News kanalına verdiyi açıqlamada Ağ Ev rəhbəri ötən gecə baş verən silahlı hücumda hədəf alınmasının səbəblərindən birinin İranla apardığı mübarizə ola biləcəyinə eyham vurub.

Prezident seçildiyi zaman ona təhlükəli bir işlə məşğul olduğunu söylədiklərini xatırladan Tramp bildirib ki, prezidentliyə namizədliyini irəli sürərkən bu işin bu dərəcədə riskli ola biləcəyini heç vaxt təxmin etməyib.

O, çıxışı zamanı qeyd edib ki, əgər bir dövlət başçısı real nəticələr ortaya qoyan və icraatları ilə fərq yaradan effektiv liderdirsə, o zaman sıravi bir prezidentlə müqayisədə daha böyük təhlükələrlə üz-üzə qalması qaçılmazdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu