Kolumbiyada 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb
Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 265-ə yüksəlib.
AFN.az xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella paytaxt Boqotadakı San Karlos sarayından verdiyi açıqlamada zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
Fəlakətdə həyatını itirənlərin sayının 265-ə çatdığını vurğulayan De la Espriella 3 min 494 nəfərin yaralandığını, 496 nəfərin isə itkin düşdüyünü bildirib.
De la Espriella zəlzələdən 52 min 816 nəfərin təsirləndiyini qeyd edərək Kali, Pereyra, Kivdo, Manizales və Armeniya şəhərlərində qırmızı həyəcan siqnalının davam etdiyini bildirib.
Milli Məhkəmə Tibb və Məhkəmə Elmləri İnstitutu son bülletenində Manizales, Pereyra, Kali, Buqa, Tuluya, Buenaventura və Kivdo kimi şəhərlərdən gətirilən ümumilikdə 202 cənazədən 122-nin şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb.
Ölkədə avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdə həyatını itirənlər üçün 3 günlük milli matəm elan edildiyi bildirilmişdi.
Prezident De la Espriella zəlzələdə ən çox insanın həyatını itirdiyi Pereyra şəhərində etdiyi açıqlamada ölkənin müxtəlif bölgələrinə təsir edən zəlzələ nəticəsində evlərini itirən ailələrə kirayə dəstəyi göstəriləcəyini bildirmişdi.

