Çində 5 bal gücündə zəlzələ baş verib
Çinin Tibet Muxtar Bölgəsində dünən axşam saatlarında 5,0 bal gücündə zəlzələ baş verib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, dünən yerli vaxtla saat 20:58-də Tibet Muxtar Bölgəsindəki Şiqatse şəhərinin Dinqri bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib. 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdə tələfat olmayıb.
Qeyd edək ki, yanvarın 7-də Dinqri bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə çoxlu tikililərin uçması nəticəsində 126 nəfər həyatını itirib, 188 nəfər isə yaralanıb.



