Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 1450-yə yüksəldi
Venesuelada iyunun 24-də baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir.
AFN.az xəbər verir ki, fəlakət nəticəsində həyatını itirənlərin sayı 1450-yə yüksəlib.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes 7,2 və 7,5 bal gücündə baş verən iki zəlzələdən sonra ölkədə davam edən axtarış-xilasetmə və yardım işləri ilə bağlı ölü və yaralı sayına dair son məlumatları paylaşıb.
Rodriqes zəlzələdə həyatını itirənlərin sayının 1450-yə çatdığını, 3150-dən çox insanın isə yaralandığını bildirib.
Bu günə olan məlumata görə, 12721 nəfər zəlzələ səbəbindən yaşayış yerini tərk etmək məcburiyyətində qalıb, həmçinin fəlakət nəticəsində 774 bina uçub.
Rodriqes ölkədə 25000-dən çox əməkdaşın axtarış-xilasetmə işlərinə cəlb edildiyini diqqətə çatdırıb.
Digər tərəfdən, Venesuelada on minlərlə insanın hələ də itkin düşdüyü təxmin edilir.


