Almaniyada inflyasiya aprel ayında da aşağı səviyyədə qalıb


Almaniya Federal Statistika İdarəsi (Destatis) aprel ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatı açıqlayıb.



Müvafiq olaraq Almaniyada mart ayında 2,2 faiz olan illik inflyasiya aprel ayında dəyişməyərək 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyədə qalıb. Bununla da aprelin 29-da açıqlanan ilkin məlumatlar öz təsdiqini tapıb.

Ölkədə inflyasiya aylıq olaraq 0,5 faiz artıb.

Aİ-yə uyğun İstehlak Qiymətləri İndeksi (CPI) də aprel ayında əvvəlki aya görə 0,6 faiz, illik bazda isə 2,4 faiz artıb.

Enerji və qida məhsullarının aylardır ən əhəmiyyətli qiymət təyinediciləri olduğu Almaniyada aprel ayında ərzaq qiymətləri illik bazda 0,5faiz artarkən, enerji qiymətləri isə 1,2 faiz azalıb.

Enerji qiymətləri nəzərə alınmadan illik inflyasiya aprel ayında 2,6 faiz olaraq hesablanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu