Bu ölkələrdə inflyasiya son 47 ilin ən yüksək səviyyəsinə çatıb
Pandemiyadan sonra bütün dünyada ortaya çıxan inflyasiya “epidemiyası” iqtisadiyyatlara ciddi təsir edir.
AFN.az xəbər verir ki, Hollandiya Statistika İnstitutu (CBS) ölkənin 2022-ci il üçün inflyasiya məlumatlarını açıqlayıb. Məlumata görə, 2021-ci ildə 2,7 faiz olan illik inflyasiya keçən il 10 faizə yüksəldi. Beləliklə, 2022-ci ildə inflyasiya illik əsasda 1975-ci ildən bəri ən yüksək həddə çatıb. Bildirilib ki, 2022-ci ildə inflyasiyanın artmasında enerji, yanacaq və ərzaq qiymətlərindəki artım təsirli olub. Hollandiyada enerji qiymətləri 2022-ci ildə əvvəlki ilə nisbətən 114 faiz artıb.
Tokioda son 40 ilin zirvəsi
Tokioda İstehlak Qiymətləri İndeksi (İQİ) 2022-ci ilin dekabr ayında enerji və xammal xərclərinin artması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb. Dəyişən təzə qida məhsulları istisna olmaqla, Yaponiyanın paytaxtı Tokioda inflyasiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, 16 aydır ki, artmaqdadır. Artan enerji və xammal xərclərinin təsiri ilə Tokioda 2022-ci ilin dekabrında İQİ 2021-ci ilin dekabr ayı ilə müqayisədə 4 faiz artıb.
2022-ci ilin dekabr ayı üçün açıqlanan məlumatlara görə, Tokioda ərzaq qiymətləri 7,5 faiz, təbii qaz 36 faiz, elektrik enerjisi isə 26 faiz artıb. İnflyasiyanın artmasının səbəbləri arasında enerji və xammal xərclərinin artması və yapon yeninin valyuta məzənnələrinə nisbətdə fasilələrlə ucuzlaşması göstərilir.
Leyla