Pakistanda inflyasiya 58 ildə ən yüksək səviyyəyə çatıb


Pakistanda istehlak qiymətləri indeksinə əsaslanan inflyasiya səviyyəsi mart ayında illik müqayisədə rekord 35,4%-ə çatıb. Bu, ölkədə qiymət artımı statistikasının başladığı 1965-ci ildən bəri ən yüksək səviyyədir.


AFN.az xəbər verir ki, bu barədə "Business Standard" qəzeti məlumat yayıb. Ölkənin Milli Statistika Bürosunun hesabatında deyilir: "Keçən ay inflyasiya 35,4% təşkil edib, bu, 2022-ci ilin mart ayından demək olar ki, iki dəfə artıb və 1965-ci ilin iyul ayından indiyə qədər əldə edilmiş ən yüksək səviyyədir".

Pakistanda fevral ayında inflyasiya 31,6% təşkil edib. Mart ayında ərzaq, geyim, ayaqqabı, tütün məmulatları, motor yanacağı və rabitə xidmətlərinin qiymətlərinin bahalaşması səbəbindən inflyasiya yüksəlib. O cümlədən, ərzaq məhsulları və ilkin tələbat mallarının qiymətlərində ən çox artım şəhərlərdə qeydə alınıb ki, onların artımı ardıcıl ikinci ayda 45,5%-ə çatıb.

Qeyri-ərzaq malları kateqoriyasında ən çox avtomobil yanacağının qiyməti 71,6%, qazın qiyməti 62,8%, avtomobillərin qiyməti 45,5% və məişət texnikasının qiyməti 42% artıb. İnflyasiyanın artmasına səbəb siyasi qeyri-sabitlik olub. Pakistanda maliyyə idarəçiliyindəki səhvlər, Pakistan rupisinin dəyərdən düşməsi, hökumətin Beynəlxalq Valyuta Fondunun ölkəyə 1,1 milyard dollar tranş verməsi şərtlərini yerinə yetirməsi nəticəsində vergi artımı bu rekord göstəriciyə çatmaqda yardımçı olub.

Pakistanın Maliyyə Nazirliyi bildirib ki, əsas mallara tələbin artması və tədarükün olmaması, rupinin ucuzlaşması və yüksək benzin və dizel qiymətləri nəticəsində inflyasiya yaxın müddətdə artmağa davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu