Tramp: ABŞ olmasaydı, İsrail ayaqda qala bilməzdi
ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-ın dəstəyi olmadan mövcudluğunu qoruya bilməyəcəyini iddia edib.
AFN.az xəbər verir ki, Tramp bu haqda jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, xüsusilə İranla bağlı atılan addımlar İsrail üçün həlledici əhəmiyyət daşıyıb. Tramp bildirib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, İsrail aylar əvvəl məhv ola bilərdi.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, 2015-ci ildə İranla imzalanmış nüvə sazişindən Vaşinqtonun çıxması da İsrailin təhlükəsizliyi baxımından vacib qərar olub. Tramp bu sazişi prezidentliyi dövründə, 2018-ci ildə ləğv etdiyini xatırladıb.
