İsrail Livana hücum edərsə, İranla əldə olunan saziş pozulmayacaq - Tramp
ABŞ Prezidenti Donald Trampın fikrincə, İsrail ordusu Livana zərbələr endirsə belə, Vaşinqtonla Tehran arasında əldə olunmuş sülh memorandumu qüvvədə qala bilər.
AFN.az xəbər verir ki, G7 sammitində jurnalistin "İsrail Livana hücum edərsə, İranla razılaşma qüvvədən düşəcəkmi?" sualına Tramp müsbət cavab verib: "Bəli, sazişin qorunması mümkündür. Bilirsiniz, mən bunu kiçik bir müharibə hesab edirəm, İrandakı isə böyük müharibə idi".
Xatırladaq ki, iyunun 19-da Cenevrədə rəsmən imzalanacaq ABŞ-İran sazişi regionda 60 günlük atəşkəsi və ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğvini nəzərdə tutur.
