Əraqçi İsraili Livana qarşı təcavüzü dayandırmağa çağırdı


ABŞ-İran razılaşmasının icrasına, o cümlədən İsrailin Livana qarşı təcavüzünün dayandırılmasına görə məsuliyyət tamamilə rəsmi Vaşinqtonun üzərinə düşür.

AFN.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və İraqdan olan həmkarları ilə apardığı telefon danışıqları zamanı bəyan edib.

İran XİN-in yaydığı məlumata görə, Əraqçi ABŞ-ın bu prosesdəki öhdəliklərinə diqqət çəkərək, İsrailin Livana qarşı hərbi əməliyyatlarının tam şəkildə dayandırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında prinsipial razılığın əldə olunduğunu təsdiqləyiblər. İyunun 19-da Cenevrədə imzalanması gözlənilən sazişə əsasən, iyunun 15-dən etibarən İrana qarşı dəniz blokadasının başa çatdığı, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığı elan edilib. Tərəflər 60 günlük atəşkəs dövründə nüvə proqramını da müzakirə edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu