İran ABŞ və İsrailə qarşı təzminat iddiası qaldıracaq

Tehran ABŞ və İsrailin İslam Respublikası ərazisinə son hücumlarında əli olanların müəyyən edilməsi üzərində işləyir və həmçinin beynəlxalq qurumlar vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edəcək.
AFN.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında dərc olunan bəyanatda deyilir: “ABŞ və İsrailin İrana hücum hərəkətlərini kəskin şəkildə pisləyən Əraqçi bildirib ki, Tehran təcavüzdə iştirak edənlərin müəyyən edilməsi hüququnu ciddi şəkildə müdafiə edir, həmçinin beynəlxalq təşkilatlarda təzminatların ödənilməsi məsələsi üzərində işləyir”.