Abbas Əraqçi: BMT-nin qəbul edəcəyi qərar problemi daha da mürəkkəbləşdirər



İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Hörmüz boğazı ilə bağlı qəbul edəcəyi qərarın məsələni daha mürəkkəb hala gətirəcəyini bildirib.

İran mətbuatının yaydığı məlumata görə, Əraqçi və Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, habelə ABŞ və İsrailin İrana qarşı hücumunun digər nəticələri ilə bağlı müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Əraqçi həmkarına Hörmüz boğazındakı qeyri-sabitlik vəziyyətinin ABŞ və İsrailin İrana qarşı hücumlarından qaynaqlandığını bildirib. O, BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı qəbul ediləcək hər hansı qərarın problemi həll etməyəcəyini, əksinə, problemin bir hissəsinə çevriləcəyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu