İsrail qoşunlarının Cənubi Livandan çıxarılması ABŞ-İran sazişinin şərti deyil - media
İsrail Müdafiə Ordusu bölmələrinin Cənubi Livandan geri çəkilməsi ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs sazişinin şərtlərinə daxil deyil.
AFN.az xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı ABŞ-ın yüksəkrütbəli rəsmisinə istinadən məlumat yayıb.
"Qoşunların Livandan çıxarılması bu sazişin tərkib hissəsi deyil. Əgər "Hizbullah" hərəkatı hücum edərsə, İsrailin özünü müdafiə etmək və cavab zərbəsi endirmək hüququ qüvvədə qalır", – diye telekanal mənbənin sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan sazişin əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər. Şərtlərə əsasən, iyunun 15-dən etibarən ABŞ-ın İrana qarşı dəniz blokadası başa çatır, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırılması nəzərdə tutulur.
