İyunun 19-da Cenevrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü keçirilə bilər


Münaqişənin nizamlanmasına dair memorandumun imzalanması ərəfəsində, iyunun 19-da Cenevrədə ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilə bilər.

AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

"Cümə günü, böyük ehtimalla, İsveçrədə hər iki tərəfin nümayəndə heyətlərinin rəhbərləri arasında görüş baş tutacaq və İranla ABŞ arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Bundan sonra isə növbəti danışıqların ilk raundu başlayacaq", - deyə Əraqçi bildirib. Nazir əlavə edib ki, bu sənədin imzalanması İranın iqtisadiyyatına müsbət təsir göstərə bilər, lakin Tehran tamamilə bu növ iqtisadi sazişlərdən asılı vəziyyətə düşməməlidir.

Xatırladaq ki, ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri atəşkəs razılaşmasını təsdiqləyiblər. İyunun 15-dən etibarən ABŞ-ın İrana qarşı dəniz blokadası başa çatıb və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması elan edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu