Livan vasitəsilə hücum edəcəyi təqdirdə İrana cavab veriləcək - İsrael Kats


İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq edib ki, Livan hadisələrinə görə İrandan gələcək hər hansı hücuma qarşı İsrail ordusu "bütün gücü ilə" cavab verəcək.

AFN.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti nazirin bəyanatından sitat gətirib.

"Əgər İran Livandakı hadisələri əsas gətirərək İsrailə hücum edərsə, İsrail ordumuzun imkanlarındakı fərqi nümayiş etdirmək üçün ona bütün gücü ilə cavab zərbəsi endirəcək", - deyə Kats bildirib. Bundan əvvəl nazir İsrail ordusunun Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacağını bəyan etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında əldə olunmuş və iyunun 15-dən qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, Livan cəbhəsi də daxil olmaqla hərbi əməliyyatların dayandırılması nəzərdə tutulsa da, İsrail tərəfi öz mövqeyini sərt şəkildə qoruyur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu