İsrail ordusu Suriyada istənilən vəziyyətə hazır olduğunu açıqlayıb
İsrail ordusu Suriyadakı vəziyyəti diqqətlə izləyir və Suriya istiqamətində potensial təhdidlərin qarşısını almaq üçün hücum da daxil olmaqla istənilən addımı atmağa hazırdır.
AFN.az xəbər verir ki, bu barədə İsrail odrusunun məlumatında bildirilir. "İD hadisələri izləyir və bütün ssenarilərə - həm müdafiə, həm də hücuma hazırdır. İDF Suriya-İsrail sərhədi yaxınlığında təhlükəyə dözməyəcək və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükənin qarşısını almaq üçün hərəkətə keçəcək", - deyə açıqlamada qeyd edilib.
Bu bəyanat İsrail hərbi rəhbərliyinin Suriyadakı vəziyyətin qiymətləndirilməsinə həsr olunmuş operativ iclasından sonra verilib. Toplantıda ölkənin müdafiə naziri İsrael Kats, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi və yüksək ordu komandanlığının digər nümayəndələri iştirak ediblər.