İsrail mediası: Gallant və Halevi İrana hücum planını təsdiqləyib


İsrailin müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevi İrana hücum planını təsdiqləyib.


AFN.az xəbər verir ki, İsrail dövlət televiziyasının adı açıqlanmayan mənbəyə istinadən məlumatına görə, Gallant və Halevi İrana hücum planlarına hökumətin cavabını gözləyirlər.

Hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqi lazımdır.

İsrail ordusu radiosuna danışan bir səlahiyyətli, İsrailin İrana hücum hazırlığını ehtiva edən ABŞ kəşfiyyat sənədlərinin sızmasından sonra Təl-Əviv rəhbərliyinin hücumu təxirə salmalı olduğu xəbərinin doğru olmadığını deyib. O, bildirib ki, İsrail hücum üçün “uyğun vaxtı seçəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu