İsrail ilə Livan arasındakı atəşkəs qüvvəyə mindi
İsrail ilə Livan arasında ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən 10 günlük müvəqqəti atəşkəs rejimi qüvvəyə minib.
AFN.az xəbər verir ki, Livan və İsrail arasında 10 gün müddətində keçərli olacaq atəşkəs Livanın yerli vaxtı ilə saat 00:00-dan etibarən başlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp tərəflərin 10 günlük atəşkəs mövzusunda razılığa gəldiyini bəyan etmişdi. İsrail Baş naziri Benyamin Netanyahu isə sözügedən atəşkəsi qəbul etdiklərini bildirərək, Livanın cənubunda işğal etdikləri bölgələrdə qalmağa davam edəcəklərini vurğulayıb.
