Tramp Almaniya kanslerini kəskin tənqid etdi


ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə sərt şəkildə tənqid edib və Berlindəki iqtisadi çətinliklərə görə onu günahlandırıb.

AFN.az xəbər verir ki, Tramp "Truth Social" hesabında yazıb: "Almaniya kansleri Fridrix Merts İranın nüvə silahına sahib olmasını məqbul hesab edir. O, nə danışdığından tamamilə bixəbərdir!"

Tramp vurğulayıb ki, İranın nüvə silahı olması bütün dünyanın girov götürülməsi deməkdir. "Mən hazırda digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu addımları atıram. Almaniyanın həm iqtisadi, həm də digər sahələrdə vəziyyətinin belə pis olmasına təəccüblənməmək lazımdır", — deyə ABŞ lideri əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu