Tramp İranla Ukraynanı səhv saldı


ABŞ prezidenti Donald Tramp Ukraynanın hərbi cəhətdən məğlub olduğunu bəyan edib, lakin onun sonrakı açıqlamaları əslində İranı nəzərdə tutduğunu üzə çıxarıb.

Oval kabinetdə jurnalistlərin "Ukrayna-Rusiya, yoxsa ABŞ-İran müharibəsi daha tez bitəcək?" sualına cavab verən Tramp, hər iki münaqişənin oxşar müddətdə başa bata biləcəyini deyib və əlavə edib: "Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlubiyyətə uğrayıb".

Lakin bu bəyanatın ardınca ABŞ lideri birbaşa İranla müharibəyə aid olan statistik rəqəmləri misal çəkib. O, həmin ölkənin 159 gəmisinin olduğunu və onların hamısının hazırda suyun altında qaldığını bildirərək, bunu "kifayət qədər yaxşı nəticə" adlandırıb.

Trampın daha əvvəl də İran donanmasının məhv edilməsi barədə bənzər fikirlər səsləndirməsi, onun Ukraynanın adını çəkərkən sadəcə dilinin çaşdığı və əslində İranla bağlı vəziyyəti şərh etdiyi ehtimalını artırıb. Analitiklər qeyd edirlər ki, prezidentin "məğlubiyyət" ifadəsi Ukrayna cəbhəsindən çox, donanması ağır itkilər verən Tehran rejiminin mövcud durumuna uyğun gəlir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu