Şimali Koreya Cənubi Koreyaya peyinlə doldurulmuş daha çox şar göndərəcək


Şimali Koreya Cənubi Koreyaya zibil və peyinlə dolu daha çox şar göndərəcəyini vəd edib.


Bu barədə "Reuters" xəbər verib. Agentliyin məlumatına görə, Şimali Koreya KXDR-ə təbliğat vərəqələri olan şar göndərən Cənubi Koreyadan onlarla dəfə çox şar göndərmək niyyətindədir.

Bundan əvvəl Şimali Koreya Cənubi Koreyaya 150-dən çox şar göndərmişdi ki, bu da bütün ölkəyə çatıb. Hava toplarının içərisində peyin, batareyalar, plastik butulkalar və digər tullantılar olub.

Bu tədbir Cənubi Koreyanın təyyarələrdən istifadə edərək təbliğat vərəqələri yaymasına cavab olaraq atılıb. Mayın 26-da KXDR Müdafiə Nazirliyi Seulun sərhəd bölgəsinə təbliğat materialları və “müxtəlif çirkli şeylər” səpələdiyini bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu