"Real Madrid" - "Barselona" matçı təkrar keçirilə bilər
Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən "Barselona"nın qolunu qeydə almadığı sübut olunarsa, klub İspaniya çempionatının "Real Madrid"lə oyununun təkrar keçirilməsini tələb edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Barselona"nın prezidenti Xuan Laporta açıqlama verib.
"Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. Bu, VAR səhvinə görə Avropa çempionatlarının birində baş verib", deyə Laporta bildirib.
Qeyd edək ki, ötən axşam keçirilən matç "Real Madrid"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Lamin Yamalın qolu qeydə alınmayıb.