"Real Madrid"in ulduzunun evi qarət edildi


İspaniya nəhəngi "Real Madrid"in braziliyalı hücumçusu Rodriqonun Madriddəki evi Kral Kubokunun final oyunu zamanı qarət olunduğu xəbəri yayılıb.


AFN.az-ın İspaniya mətbuatına istinadən verdiyi xəbərdə Real Madridə Kral Kubokunu gətirən qolları vuran Rodrygo Goesin Madridin La Moraleja səmtindəki evinin gecə saatlarında qarət edildiyi bildirilib.

Polis hadisə yerində olduğu zaman bəzi otaqlarının alt-üst olduğu görüb. Braziliyalı futbolçunun evindən nə oğurlandığı barədə hələlik məlumat paylaşılmayıb.

Real Madridin 2-1 hesablı qələbəsi ilə başa çatan Kral Kubokunun finalında komandasının hər iki qolunu Rodriqo vurub.

Son illər İspaniyada məşhur futbolçuların evlərində oğurluq halları kifayət qədər tez-tez baş verib. Belə ki, ötən il “Real Madrid”in futbolçuları Kərim Benzema və Dani Karvahalın da evləri qarət edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu