Arda Gülərin son hərəkəti ona baha başa gəldi


Arda Gülərin Real Madridin "Almeriya"nı 3:2 məğlub etdiyi matçdakı hərəkəti baş məşqçi Karlo Ançelottinin reaksiyasına səbəb olub.


Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, o, gənc ulduzu yay transfer dövründə 1 il müddətinə "Real Sociedad"a icarəyə verməyi düşünür.

“Real Madrid” son illərdə Odeqard, Kubo kimi gənc ulduzları üzə çıxaran “Real Sociedad”ı Arda Gülər üçün uyğun klub görüb.

Gənc ulduzun bir az daha yetkinləşərək mental olaraq da “Real Madrid”də oynaya biləcək səviyyəyə gəlməsi gözlənilir.

Xatırladaq ki, Arda Gülər Real Madridin "Almeriya"nı 3:2 məğlub etdiyi matçda oyunda iştirak etmədiyi üçün ehtiyat oyunçular skamyasına tərəf gedərkən jiletini çıxararaq yerə atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu