Fatih Terimdən Arda Turan sürprizi
“Qalatasaray” daha iki futbolçu ilə danışıqlara başlayıb.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul klubu “Fənərbaxça”dan ayrılan Mehmet Topal və “Barselona”nın “Başakşəhər”ə icarəyə verdiyi Arda Turanla danışıqlar prosesinə start verib.
İddiaya görə, klub rəhbərliyi Fatih Terimin hər iki futbolçu ilə bağlı razılığını alıb. “İmperator” ləqəbli mütəxəssis bir müddət əvvələ qədər münasibətlərinin gərgin olduğu Ardanın gəlişinə icazə verib.