“Qızıl top”un sahibi müəyyənləşir


Bu gün “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.


“Qafqazinfo” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Mükafata əsas namizədlər Robert Levandovski (“Bavariya”), Lionel Messi (PSJ), Kərim Benzema (“Real”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) göstərilir. Ümumilikdə isə “Qızıl top”a 30 futbolçu iddialıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu