Ronaldo “Qızıl top” mükafatını satdı!


Kriştiano Ronaldo özünün "Qızıl top" mükafatını satıb.



AFN.az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə "Mançester Yunayted" klubundan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl Nassr" klubuna keçən Kriştianu Ronaldo 2013-cü ildə qazandığı "Qızıl top" mükafatını satıb. Portuqaliyalı ulduz “Qızıl top” mükafatını İsrailin ən zəngin adamlarından biri olan İdan Oferə təxminən 600 min funt sterlinqə satıb. Ronaldonun "Qızıl top"u hərracda satılıb.

Bu ödəniş birbaşa olaraq ağır xəstələrin istəklərini yerinə yetirən uşaq xeyriyyə fonduna yönəldiləcək.

Ronaldo ilk mükafatı 2008-ci ildə "Mançester Yunayted" dövründə, digər dörd mükafat isə "Real Madrid" karyerasında qazanıb. 2013-cü ildə qazandığı "Qızıl top" mükafatı Lionel Messi və Frank Riberi ilə ən mübahisəli döyüşlərdən biri olub.

Ronaldonun özü hərracda iştirak etməyib. Mükafatı Oferə təqdim etmək vəzifəsini məşhur menecer Xorxe Mendes boynuna götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu