Kərim Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verib


Qızıl top mükafatlı ulduz futbolçu Kərim Benzema Fələstinə verdiyi dəstəkdən sonra ölkəsində yüksək səviyyəli siyasətçilərin hədəfinə çevrilib. Kərim Benzema Fransanın daxili işlər naziri Gerald Darmanini Müsəlman Qardaşları ilə əlaqədə ittiham etdiyi üçün məhkəməyə verib.

Uzun illər “Real Madrid”də oynadıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına transfer olunan 35 yaşlı futbolçu sosial media hesabında Qəzza sakinləri üçün dua etməsi paylaşımından sonra hədəfə çevrilib.

Bu yazının ardınca Fransanın daxili işlər naziri Gerald Darmanin, "Hamı bilir ki, Benzema-nın Müsəlman Qardaşları ilə əhəmiyyətli əlaqələri var" iddiasını irəli sürüb.

Benzema 92 səhifəlik şikayətində Müsəlman Qardaşları ilə heç vaxt zərrə qədər də əlaqəsi olmadığını bildirib.

Keçmiş Real Madrid ulduzu, "Şöhrətimə görə siyasi oyunlarda nə qədər istifadə edildiyinin fərqindəyəm və bu, 7 oktyabrdan sonra baş verən hadisələrin bundan daha böyük izahata layiq olduğunu nəzərə alsaq, böyük bir qalmaqaldır" ifadələrini işlədib.

Onun vəkili Hugues Vigier Fransanın RTL telekanalına açıqlamasında futbolçunun "siyasi istismarın" qurbanı olduğunu bildirib və naziri Fransada ayrıseçkilikdə ittiham edib.

Darmanin daha əvvəl Kərim Benzema-nı başqa səbəblərdən, o cümlədən Fransanın dövlət himnini oxumaqdan imtina etməsi və "sosial şəbəkələrdə prozelitizmi" ilə hədəf seçmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu