İsrail qüvvələri İordan çayının qərb sahilində 80 fələstinlini həbs edib


İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində HƏMAS liderləri də daxil olmaqla ən azı 80 fələstinlini saxlayıb.


Bu barədə Fələstin Məhbuslar Dərnəyi İsrail qüvvələri məlumat yayıb.

Açıqlamada İordan çayının qərb sahilində oktyabrın 7-dən bu yana nəzarətə alınanların sayının 1350-yə yüksəldiyi bildirilib. Qeyd olunub ki, oktyabrın 7-dən bəri İsrail həbsxanalarında olan fələstinli məhbusların sayı, mövcud məlumatlara görə, ən azı 50 qadın və 1600-dən çox “inzibati məhbus” olmaqla, təxminən 6600 nəfərə çatıb.

Fələstin Məhbuslar Dərnəyi oktyabrın 7-dən əvvəl verdiyi açıqlamalarda İsrail həbsxanalarında təxminən 5 min fələstinlinin olduğunu, onlardan 1200-dən çoxunun "inzibati məhbus" olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu