İsrail oktyabrın 7-dən bəri 6220 fələstinlini həbs edib


7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 6 min 220-yə yüksəlib.


Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən edilən ortaq yazılı açıqlamada, İsrail qüvvələrinin İordan çayının qərb sahilində həyata keçirdiyi həbslərlə bağlı məlumat verilib.

Açıqlamada İsrailin son 24 saatda Tulkerim, Nablus, Ramallah, Qüds, Hebron və Bethlehem şəhərlərində aralarında keçmiş məhbusların da olduğu 25 fələstinlini nəzarətə götürdüyü, oktyabr ayından bu yana İordan çayının qərb sahilində nəzarətə alınanların sayının 6 min 220-yə çatdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu