İsrail nümayəndə heyəti HƏMAS ilə danışıqlar aparmaq üçün gələn həftə Qətərə gedəcək


İsrailin "Kanal 13" televiziyası İsrail rəsmilərindən ibarət bir heyətin gələn həftə yeni məhbus mübadiləsi sazişi üzrə danışıqlar aparmaq üçün Qətərə gedəcəyini açıqlayıb.



Xəbərdə Qətərə gedəcək heyətə danışıqlarda ortaya çıxacaq şərtlərdən asılı olaraq HƏMAS-ın tələblərinə vasitəçilər qarşısında tez cavab vermək üçün xüsusi səlahiyyət veriləcəyi bildirilib.

Fevralın 13-də Qahirədə ABŞ-ın iştirakı ilə keçirilən görüşlərdə Mossad prezidenti Barnea, Şin-Bet (Şabak) direktoru Bar və İsrail ordusunda oğurlanan və itkin düşmüş şəxslərin sənədlərinə cavabdeh olan Nitzan Alonun da olduğu bir heyət iştirak edib.

“New York Times” qəzeti Qahirədə keçirilən və heç bir nəticə verməyən dolayı danışıqların daha 3 gün aşağı səviyyəli rəsmilər tərəfindən davam etdiriləcəyini yazıb. Tərəflər arasında razılıq əldə oluna bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu