Qahirədə atəşkəs danışıqları bu gün də davam edəcək


İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında atəşkəsin yaradılması üçün Misir, Qətər, HƏMAS hərəkatı və ABŞ-ın iştirakı ilə Qahirədə keçirilən danışıqların bu gün davam edəcəyi bildirilib.



Misirin Əl-Qahera News televiziyasına danışan yüksək vəzifəli bir mənbə, "Misir, ABŞ, Həmas və Qətərin iştirakı ilə Qahirədə keçirilən danışıqların birinci günü başa çatıb və danışıqların bazar ertəsi səhər tezdən davam etdiriləcəyi gözlənilir" deyib.

Adını açıqlamayan mənbə əlavə təfərrüatları açıqlamayıb.

Misir mətbuatı dünən HƏMAS, Qətər və ABŞ-dan nümayəndə heyətlərinin Qahirəyə gəldiyini bildirib.

İsrail mətbuatına danışan yüksək vəzifəli siyasi mənbə qeyd edib ki, İsrail nümayəndə heyəti Qəzzada saxlanılan israilli məhbusların adlarının siyahısını almadan atəşkəslə bağlı danışıqlar üçün Misirə getməyəcək.

Adı açıqlanmayan yüksək rütbəli Misir rəsmisi martın 2-də bildirib ki, Ramazan ayından əvvəl Qəzzada atəşkəs elan etmək üçün aparılan danışıqlarda irəliləyiş var və Misir Ramazan ayından əvvəl atəşkəs razılaşmasına nail olmaq üçün intensiv səylər göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu