Bayden Sisi və Şeyx Təmimlə Qəzzada atəşkəs məsələsini müzakirə edib
ABŞ prezidenti Co Bayden Misir və Qətər liderlərindən Qəzzada atəşkəs əldə etmək və girovları azad etmək üçün HƏMAS-a təsirlərindən istifadə etmələrini istəyib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Bayden Misir prezidenti Əbdülfəttah Es-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə ayrı-ayrılıqda telefonla danışıb.
Hər iki görüşdə Bayden hazırda müzakirə olunan və Misir və Qətərin iştirak etdiyi atəşkəs danışıqları ilə bağlı prosesi hərtərəfli müzakirə edib və Sisi və Şeyx Təmimə bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib.
HƏMAS masada duran atəşkəs təklifini qəbul edərsə, Qəzzada dərhal atəşkəs əldə ediləcəyini, bölgəyə intensiv humanitar yardımların daxil olacağını, bunun müqabilində Həmas tərəfindən saxlanılan girovların azad ediləcəyini qeyd edən Bayden Misir və Qətər liderlərindən atəşkəs razılaşması ilə bağlı HƏMAS-a təsir etməyi xahiş edib.