Misir və Qətər humanitar fasilənin daha 2 gün uzadılması üçün danışıqları davam etdirir
Qətər-Misir vasitəçiliyi ilə əldə edilən humanitar fasilənin daha 2 gün uzadılması üçün Həmas və İsrail arasında danışıqlar davam edir.
Misir Mətbuat İnformasiya Agentliyinin sədri Ziya Rəşvan verdiyi yazılı açıqlamada tərəflər arasındakı “humanitar məsafənin” Qətər və Misirin sıx səyləri ilə sonuncu dəfə bir gün uzadıldığını xatırladıb.
“Humanitar fasilə” çərçivəsində 10-u israilli, 30-u fələstinli olmaqla 40 əsirin azad ediləcəyini, humanitar yardımların Qəzza zolağına daxil olmağa davam edəcəyini bildirən Rəşvan, atəşkəsin təmin edilməsi, daha çox əsirin azad edilməsi məqsədi ilə danışıqların aparıldığını bildirib.
Rəşvan bildirib ki, onlar Misir olaraq hər iki tərəfi razılaşdırılmış məsələlərə əməl etməyə təşviq edirlər.