Bayden Qəzzada humanitar fasilənin uzadılması ehtimalının olduğunu bildirib


ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük fasilə də daxil olmaqla humanitar fasilənin uzadılması ehtimalının olduğunu bildirib.


Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden ABŞ-ın Massaçusets ştatında keçirilən mətbuat konfransında İsrail ilə Həmas arasında münaqişələrə humanitar fasilə verən barışıqla bağlı açıqlama verib.

Bayden jurnalistlərin humanitar fasilənin müddətinin uzadılması ilə bağlı sualına belə cavab verib: “Belə bir ehtimal var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu