İsrail ordusu Qəzzada atəşkəsin davam edəcəyini açıqlayıb


İsrail ordusu cümə axşamı bildirib ki, HƏMAS ilə atəşkəs vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq davam edəcək.



Ordudan verilən açıqlamada “humanitar fasilə”nin neçə gün uzadıldığı barədə məlumat verilməyib.

Digər tərəfdən, HƏMAS-ın verdiyi açıqlamada "humanitar fasilə"nin bir gün uzadılmasına qərar verildiyi bildirilib.

İsrail və HƏMAS arasında vasitəçilik edən Qətər də "humanitar fasilənin" uzadıldığını təsdiqləyən açıqlama verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu