İran 28 ölkədə Mossad agentlərinin tapıldığını açıqlayıb


İranın Kəşfiyyat Nazirliyi 28 ölkədə İsrailin Mossad kəşfiyyat xidmətinin agentlərinin müəyyən edilməsi ilə nəticələnən əməliyyatı haqda açıqlama yayıb.


Bu barədə nazirliyin rəsmi saytında dərc olunan sənəddə deyilir.

Bəyanatda qeyd olunub ki, Tehranda və İranın bir neçə əyalətində bir sıra casuslar müəyyən edilib. Onların hamısı ya artıq məhkəmə qarşısına çıxarılıb, ya da İran xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb. Sənədə əsasən, departament İsraildəki məxfi hərbi obyektlər, silah zavodları və strateji mülki infrastruktur haqqında da məlumatlar əldə edib.

Sənəddə göstərilən məlumata görə, İsrail kəşfiyyat xidmətləri insanlar haqqında lazımi məlumatları toplamaq və onları daha da Mossad ilə əməkdaşlığa cəlb etmək üçün kiberməkan, sosial şəbəkələr və işə cəlbetmə saytlarından fəal şəkildə istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu