ABŞ hərbi gəmisi Cənubi Çin dənizində günlərlə elektriksiz qalıb



ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Benfold” esminesinin ötən ay Cənubi Çin dənizində günlərlə elektriksiz qaldığı açıqlanıb. 

AFN.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü komandir Metyu Komer Cənubi Çin dənizində yerləşən “USS Benfold” gəmisi ilə bağlı açıqlama verib.

Komer iyulun 24-də generatorlarda yaranan mühəndislik nasazlığı səbəbindən gəmidə elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.

O, ekipaj üzvlərinin günlərlə içməli su, qida, tualet və kondisionerlə bağlı çətinlik yaşadığını, lakin heç bir hərbçinin xəsarət almadığını qeyd edib.

Comer Filippindəki limana yedəyə aparılan gəmiyə elektrik enerjisinin yalnız iyulun 30-da bərpa olunduğunu və gəminin bir həftə sonra əməliyyatlarına qayıtdığını bildirib.

Gəminin daxil olduğu zərbə qrupu son həftələrdə ekipajın yaşayış şəraiti ilə bağlı narahatlıqlar səbəbindən ABŞ ictimaiyyətində müzakirə mövzusuna çevrilən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini əvəzləmək üçün Yaxın Şərqə doğru irəliləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu