Reuters: ABŞ İrana həm havadan, həm də dənizdən zərbələr endirir


Amerika Birləşmiş Ştatları İran ərazisindəki hədəflərə qarşı həm hava, həm də dəniz vasitələri ilə genişmiqyaslı hərbi əməliyyat həyata keçirir.

AFN.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi ABŞ administrasiyasındakı anonim mənbəyə istinadən yayıb. Xəbərdə qeyd olunur ki, hazırda davam edən əməliyyatda həm döyüş təyyarələri, həm də dənizdə yerləşdirilmiş raket sistemləri iştirak edir. Agentlik hələlik zərbələrin dəqiq koordinatları və ya hədəfləri barədə əlavə təfərrüat təqdim etməyib.

Xatırladaq ki, bundan əvvəl beynəlxalq media Yaxın Şərqdəki ABŞ bazalarında yüzlərlə zərbə təyyarəsinin toplandığı, həmçinin Aralıq, Ərəb, Qırmızı dənizləri, eləcə də Oman və Fars körfəzləri sularında ABŞ-ın ondan çox esminesinin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumatlar yaymışdı. ABŞ-ın bu hərbi aktivliyi bölgədəki gərginliyi son həddə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu