Husilər iki gəmini və bir ABŞ esminesini vurub


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində 2 gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıblar.



Husilərin "Əl-Mesirah" televiziya kanalına danışan Hərbi sözçüsü Yəhya Seri, Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

Qırmızı dənizdə bir ABŞ esminesinin ballistik raketlərlə, “Kapitan Paris” adlı gəminin isə dəniz raketləri ilə hədəf alındığını qeyd edən Seri, Oman dənizində “Happy Condor” adlı gəminin PUA-larla vurulduğunu bildirib.

Husilərin sözçüsü qeyd edib ki, Qəzza zolağına hücumlar bitənə və bölgədəki blokada aradan qalxana qədər hücumlar davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu