Husilər İsrailə gedən gəmini vurub
Yəməndə İranın dəstəklədiyi husilər İsrailə doğru üzən gəmini hədəf aldıqlarını və gəmiyə ciddi ziyan vurduqlarını açıqlayıblar.
Husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dənizdə İsrailə gedən "Tutor" adlı gəmini vurduqlarını bildirib.
Gəminin Pilotsuz Uçuş Aparatları (PUA) və ballistik raketlərlə vurulduğunu bildirən Seri, hücum nəticəsində gəminin ciddi şəkildə zədələndiyini və bata biləcəyini bildirib.
Seri gəminin İsrail limanlarına girişin qadağan edilməsi qərarını pozduğu səbəbilə raket və PUA-larla vurulduğunu bildirib.