Husilər: Qırmızı dənizdəki ABŞ gəmisini və İsrailin Eliat şəhərini hədəf aldıq


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ gəmisini və İsrailin cənubundakı Eliat şəhərini hədəf aldıqlarını açıqlayıblar.



Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında Qırmızı dənizdə ABŞ-ın “Mado” gəmisinə bir neçə raketlə hücum etdiklərini bildirib.

İsrailin Eliat şəhərində də bəzi nöqtələrin raketlərlə hədəf alındığını bildirən Seri hədəflərin müvəffəqiyyətlə vurulduğunu iddia edib.

Seri İsrailin Qəzza zolağına hücumları bitənə və bölgənin blokadası qaldırılana qədər hücumlarını davam etdirəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu