Husilər Qırmızı dənizdə İsrailə gedən gəmini hədəf aldılar


Husilərin hərbi sözçüsü Yəhya Seri silahlı qüvvələrinin işğal altındakı Fələstin limanlarına gedən CMA CGM TAGE adlı konteyner gəmisini hədəf aldığını bildirib.


Gəmi heyətinin xəbərdarlıq atəşi və müxtəlif çağırışlara cavab verməkdən imtina etdiyini bildirən Seri gəmiyə edilən hücumun nəticələri ilə bağlı məlumat paylaşmayıb.

Əməliyyatın blokadaya və hücuma məruz qalan Fələstin xalqının ədalətsizliyinə qarşı həyata keçirildiyini qeyd edən Seri, Qırmızı dəniz və Fars körfəzindəki işğal altındakı Fələstin limanlarına gedən İsrail gəmilərinə qarşı hücumların davam edəcəyini vurğulayıb.

Seri açıqlamasında bu kontekstdə Amerikanın istənilən hücumunun cavabsız və cəzasız qalmayacağı ilə də hədələyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu səhər X sosial media platformasında verdiyi açıqlamada husilərin Yəməndə nəzarəti altında olan bölgədən Qırmızı dənizə 2 gəmi əleyhinə raket atdıqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu