Husilər: Son 24 saatda 3 gəmini hədəf aldıq


Yəməndə İranın dəstəklədiyi husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə vurduqlarını açıqlayıblar.



Husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

Seri Husilərin Oman dənizində "Verbena" gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını bildirib.

Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmilərinin də birbaşa ballistik raketlər və PUA-larla vurulduğunu qeyd edən Seri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Seri bildirib ki, hücumlar Fələstin xalqına qarşı zülmün qələbə çalmasına, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq həyata keçirilib.

Hərbi sözçü vurğulayıb ki, İsrailin hücumları dayanmayınca və Qəzza zolağında Fələstin xalqına tətbiq olunan blokada aradan qalxmayınca, hücumlar da dayanmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu