Braziliya prezidenti: ABŞ-ın tarifləri işə yaramayacaq


Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın tətbiq etdiyi tariflərin işə yaramayacağını deyib və Trampı təktərəfli hərəkət etməkdə ittiham edib.


Lula da Silva Sao Pauloda sənaye liderləri ilə görüşdə Trampın bir çox ölkəni əhatə edən tariflərini qiymətləndirib.

Trampı təktərəfli davranmaqda və qlobal sistemə iradəsini tətbiq etməkdə ittiham edən Lula da Silva Trampın hərəkətlərini izlədiyini qeyd edərək, “Sizin nə düşündüyünüzü bilmirəm, amma tariflər işə yaramayacaq” deyib.

Qeyd edək ki, Lula da Silva bundan əvvəl Braziliyanın ABŞ-ın tariflərindən təsirlənməyəcəyini, ölkənin xarici borcunu ödədiyini və böhranlardan qorumaq üçün 370 milyard dollar ehtiyat yaratdıqlarını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu