Lula da Silvadan ABŞ-a reaksiya: Kommersiya baxımından cavab verəcəyik

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarına reaksiya verərək, "Biz kommersiya baxımından cavab verəcəyik; ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcəyik, ya da ABŞ-dan idxal etdiyimiz məhsullara vergi qoyacağıq" deyib.
Ölkəsində bir radiostansiyaya danışan Braziliya prezidenti Luiz İnasio Lula da Silva əlavə gömrük rüsumlarının heç kimə fayda verməyəcəyini müdafiə edib.
Lula da Silva "Biz kommersiya baxımından cavab verəcəyik; ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcəyik, ya da ABŞ-dan idxal etdiyimiz məhsullara vergi qoyacağıq" deyib.
Prezident seçildikdən sonra Trampla heç vaxt görüşmədiyini bildirən Lula da Silva "Biz müharibə deyil, sülh istəyirik. ABŞ-ı son dərəcə əhəmiyyətli bir ölkə olaraq görürük. Ümid edirəm ki, ABŞ da bizim haqqımızda eyni cür düşünür" söyləyib.
ABŞ-ın İkinci Dünya Müharibəsindən bu yana dünyanın demokratiyanı qoruyan gücü və qlobal nizamın şerifi roluna zidd siyasətlər yürütdüyünü deyən Lula da Silva, Trampın son siyasətlərinə bu sözlərlə reaksiya verib:
"Amerikalılar üçün indi yalnız Amerika var. Onlar üçün bu: "Hər məhsula vergi qoyacağam, Qrenlandiyanı götürəcəyəm, Kanadanı ilhaq edəcəyəm, Panama kanalını ələ keçirəcəyəm, milyonlarla insanı deportasiya edəcəyəm". Bu məni narahat edir. Dünyada ən yaxşı idarəetmə sistemi olan demokratiya həqiqətən risk altındadır. Amma Tramp istədiyini edə bilməz. Başqa ölkələrə təsir edən addımlar atarsa, mütləq reaksiya alacaq”.
Milli KİV-in məlumatına görə, Braziliya ABŞ-a ikinci ən böyük polad tədarükçüsü kimi tanınır.